Fənnin məqsədi: Klassik publisistik irsin öyrənilməsi ona görə vacibdir ki, biz əldə olunan uğurların birbaşa şahidi oluruq. Yəni tarixən insanların şüurunda və fəaliyyətində dərin iz buraxan materialların özü ilə tanış olmaq bizim biliyimizi, yaradıcılıq qabiliyyətimizi artırmağa nəinki kömək edir, həm də bu istiqamətdə daha maraqlı nəticələr əldə etməyə sövq edir.
Fənnin əhəmiyyəti: Bu fənnin tədrisi iki cəhətdən elmi əhəmiyyət kəsb edir: birincisi, biz əvvəlki nəsillərin fəaliyyəti ilə daha yaxından tanış olur, onların iş prinsipini mənimsəyir və peşəkarlıq səviyyəmizi yüksəldirik. İkincisi, tarixdə iz buraxmış insanların, böyük şəxsiyyətlərin yaradıcılığına sahib çıxırıq. Onları təkcə fənni öyrənənlər üçün yox, bütün oxucu kütləsinin sərvətinə çeviririk.
Qiymətləndirmə: əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.