Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

ABBASOV NAMİQ RƏŞİD oğlu (1940) General polkovnik

Namiq Abbasov 1957-1962-ci illərdə ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır. 1962-1976-cı illərdə «Abşeron» qəzetində rəhbər vəzifədə çalışmışdır. Abşeron Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlamışdır. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini və birinci müavini, 1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri vəzifələrini icra etmişdir. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 may 1994-cü il tarixli Fərmanı ilə «general-mayor», 27 dekabr 1995-ci il tarixli Fərmanı ilə «general-leytenant», 15 yanvar 2002-ci il tarixli Fərmanı ilə «general-polkovnik» hərbi rütbələri verilmişdir. 2004-2012-ci illərdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009