Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

ASLANOV ASLAN ƏHMƏD oğlu (1951) AzərTAc-ın baş direktoru

Aslan Aslanov 1951-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1970-1975-ci illərdə ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır. 1975-ci ildən 1990-cı ilin noyabrınadək bir sıra rayon qəzetlərində və “Kommunist”, “Xalq” qəzetlərində işləmişdir. 1992-ci ildə AzərTAc-da müxbir kimi işə başlamış, sonra baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışmışdır.

1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə AzərTAc-ın Baş direktorunun birinci müavini təyin edilmişdir. 2002-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə AzərTAc-ın baş direktoru təyin olunmuşdur.

1993-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AzərTAc-ın xüsusi müxbiri kimi iştirak etmişdir.

2000-ci ildə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüş, 2005-ci ildə “Tərəqqi” medalı, 2010-cu ildə “Vətənə xidmətə görə” ordeni, 2011-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni və Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunmuşdur. Jurnalistika sahəsində Həsən bəy Zərdabi, “Qızıl qələm” və “Ali Media” mükafatlarının laureatıdır.

“Heydər Əliyev və AzərTAc”, “AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol”, “Dövlət siyasətinin informasiya təminatı”, “AzərTAc-90” və “AzərTAc-95” kitablarının, “Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişf mərhələləri” monoqrafiyasının, “Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri” dərs vəsaitinin, “Xocalı. XX əsrin soyqırımı”, “20 Yanvar. Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomlarının müəllifi, çoxsaylı kitabların redaktorudur. Bir sıra xarici ölkələrdə və Azərbaycanda müasir medianın problemlərinə dair elmi və publisistik məqalələri dərc olunub.

1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 20007-ci ilin dekabrından Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri (OANA) büro üzvü, 2013-cü ilin sentyabrından vitse-prezidenti olmuş, üç il müddətinə (2016-2019) prezidenti seçilmişdir. 2004-cü ildə Moskvada, 2007-ci ildə Esteponda, 2013-cü ildə Ər-Riyadda keçirilən Dünya Xəbər Agentlikləri Konqresinin iştirakçısı olmuşdur. 2016-2019-cu illər üzrə Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti seçilib.

2004-cü ildən Azərbaycan Respublikasının Əsir və  itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, 2006-cı ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, 2015-ci ildən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür. 2008-ci ildən Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir.

2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan 14 ölkənin informasiya agentlikləri alyansının – BSANNA-nın sədri olmuşdur.

2016-cı il noyabrın 15-18-də AzərTAc və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçiriliən Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiyavə Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasından sonra hər iki qurumda sədrlik vəzifəsinin icrasına başlamışdır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009