Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı

Fənnin məqsədi: Gələcək jurnalistlərə Azərbaycan informasiya agentliklərinin yaranması, təşəkkülü,  inkişafı və formalaşması haqqında məlumat vermək, Azərbaycan informasiya agentliklərinin yerli və xarici informasiya bazarında yeri və rolunu, beynəlxalq informasiya agentlikləri və dünya informasiya təşkilatları ilə əməkdaşlığını öyrətməkdir.

Fənnin əhəmiyyəti: Dünyanın hər hansı bir yerində baş verən hadisədən vaxtında xəbər tutmaq üçün ən qısa yol beynəlxalq miqyasda şəbəkəyə malik olan xəbər agentlikləridir. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə baş verən hadisələr xəbər agentliklərinin gözü ilə izlənməkdədir. Bu baxımdan jurnalistlər daha çox informasiya agentliklərində işləməyə üstünlük verirlər. Onların bu səbəbdən dövlət informasiya agentliyi olan AzərTAc, informasiya blokadasının yarılmasında xüsusi xidmətləri olan “Turan” və “Assa İradə”, özəl informasiya agentliklərindən -“Trend”, Azadinform, APA, “Səs”, “Olaylar” informasiya agentliyi haqqında məlumatlı olmaları, informasiya agentliklərinin elektron şəbəkəsi və dünya informasiya təşkilatları ilə əməkdaşlıq məsələlərini öyrənmələri son dərəcə vacibdir.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.       

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009