Fənnin məqsədi: Azərbaycan jurnalistikasının keçmişi, onun zəngin ənənələri ilə ilə tələbələri tanış etmək, müsbət və gərəkli təcrübəni öyrənmək və özününküləşdirmək, tələbələrdə onları yeni şəraitdə tətbiq etmək vərdişləri aşılamaqdır.
Ayrı-ayrı redaktorların, görkəmli jurnalist və publisistlərin yaradıcılığı ilə tanışlıq qarşıya qoyulan vəzifələrdən biridir. Qəzet komplektləri, arxiv sənədləri və xatirələr kursu mənimsəməyin əsas mənbəyidir. Kurs beş mərhələdən ibarətdir.
Fənnin vəzifəsi: Azərbaycan mətbuatının keçmişi, özünəməxsus ənənələri ilə tələbələri tanış etmək, müsbət və gərəkli təcrübəni öyrənmək, Cənubi Azərbaycan mətbuanının Azərbaycan jurnalistikasının ayrılmaz tərkib hissəsi olduğunu göstərməkdir.
Fənnin praktik əhəmiyyəti: Müasir informasiya cəmiyyətində KİV-in yerini və rolunu müəyyənləşdirməkdə, qazanılan tarixi təcrübədən yararlanmaqda, həmçinin beynəlxalq jurnalistika təcrübəsindən istifadə etməkdə tələbələrə yardımçı olmaqdır.
Qiymətləndirmə: əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.