Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Beynəlxalq informasiya mübadiləsinin foma və metodları

Fənnin məqsədi: Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika ixtisası üzrə magistrlərinə müasir jurnalistitkada beynəlxalq informasiya mübadiləsinin forma və metodları barədə məlumat verməkdir.  Kütləvi informasiya vasitələrinin funksionallaşmasında əldə olunan yeniliklər, texnoloji informasiya və kommunikasiya proseslərinin kompüterləşməsi onu göstərir ki, biz yeni informasiya erasına qədəm qoyuruq. Sürətli elmi- texniki inkişaf kütləvi kommunikasiya vasitələrindən kənarda qalmır və birbaşa informasiya ilə iş prosesinə, həmçinin informasiya mübadiləsi sahəsinə birbaşa təsir göstərir. Formalaşan qlobal informasiya məkanında informasiya mübadiləsi keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayır. Elmi- texniki tərəqqi jurnalistikada öz nəticələrini göstərir. Yeni texnologiyalardan istifadə jurnalist əməyinin yeni formalarını, informasiyanın toplanması, təhlili və yayılmasının yeni meyllərini müəyyən edir.

Fənnin əhəmiyyəti: Beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alan magistr beynəlxalq informasiya mübadiləsinin müasir üsullarından, forma və metodlarından xəbərdar olmalıdır. Bu, beynəlxalq mövzularda yazan jurnalistlərimiz üçün, bilgi alış-verişində son dərəcə önəmli rol oynayır.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009