Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Beynəlxalq jurnalist təşkilatları

Fənnin məqsədi: Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika ixtisası üzrə magistrlərinə beynəlxalq jurnalist və beynəlxalq informasiya təşkilatları, onların fəaliyyəti haqqında məlumat verməkdir. Dünyada fəaliyyət göstərən beynəlxalq jurnalist təşkilatlarının  yaranması, inkişafı tarixini, onların məqsəd və vəzifələrini öyrənmək, həmin təşkilatların topladıqları zəngin təcrübədən bəhrələnmək həmişə zəruridir. Müasir dövrdə beynəlxalq jurnalist hərəkatı geniş vüsət almış, beynəlxalq jurnalist təşkilatları daha mütəşəkkil fəaliyyət göstərməyə başlamışlar. Əlbəttə, beynəlxalq jurnalist təşkilatlarının tarixini və fəaliyyətini öyrənmək, bu təşkilatların təcrübəsindən jurnalistikanın inkişafında istifadə etmək vacibdir.

Fənnin əhəmiyyəti: Fənnin tədrisinin əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alan magistr beynəlxalq jurnalist təşkilatları, onların fəaliyyət prinsipləri barədə məlumatlı olmalıdır. Eyni zamanda bu ixtisas üzrə təhsil alan magistrlər beynəlxalq informasiya təşkilatlarını tanımalıdırlar. Beynəlxalq informasiya nəşkilatları beynəlxalq informasiya mübadiləsində son dərəcə önəmli rola malikdirlər və onlarla əməkdaşlıq ölkəmiz üçün də son dərəcə vacibdir.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009