Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

BEYNƏLXALQ JURNALİSTİKA VƏ İNFORMASİYA SİYASƏTİ

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan etibarən dövlətçiliyimizin möhkəmləndirilməsi, xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi bu sahədə kadrlara ehtiyac yaratdı. Müxtəlif ixtisaslar üzrə kadrlar hazırlamaqda həmişə ön yerdə olan BDU-nun Elmi Şurasının qərarı ilə 1990-1991-ci tədris ilində Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi yaradıldı. Fakültənin ixtisaslarından biri olan Beynəlxalq jurnalistika bölməsinin tədris planı bir sıra xarici ölkələrin təcrübəsi əsasında hazırlandığına görə BDU-nun Jurnalistika fakültəsinin tədris planından əsaslı surətdə fərqlənirdi.

Respublikamızda jurnalistikanın beynəlxalq standartlara yaxınlaşmasını, beynəlxalq jurnalistika nəzəriyyələrinin daha geniş tədris olunmasına duyulan ehtiyacı, eləcə də Jurnalistika fakültəsinin magistratura pilləsində Beynəlxalq jurnalistika ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsini nəzərə alaraq, 2004-cü ildə Beynəlxalq jurnalistika kafedrası yaradılmışdır.

Kafedra yaradılandan 2022-ci ilədək  əməkdar jurnalist, professor Həmid Alı oğlu Vəliyev rəhbərlik edib. O, Beynəlxalq jurnalistikaya dair 5 kitabın, respublikada və xaricdə çap olunmuş 400-dən çox elmi və publisistik məqalənin müəllifidir. Hazırda kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəsirovadır.

Kafedrada Beynəlxalq jurnalistikanın aktual problemləri mövzusunda elmi araşdırmalar aparılır. Məqsəd xarici ölkələrin müasir KİV sistemini yeni baxış bucağından tədqiq etmək, dövrün qlobal problemlərinin jurnalistikaya təsirini müəyyənləşdirməkdir.

Keçən dövr ərzində kafedranın yaradılması öz müsbət nəticəsini verir. Belə ki, kütləvi informasiya vasitələrində əsas etibarilə peşəkarların işləməsini təmin etməkdə, jurnalistikamızın beynəlxalq miqyasda özünə layiqli yer tutmasında kafedranın böyük rolu vardır.

Kafedra yarandığı gündən sürətlə inkişaf edir, qurumun kadr potensialı durmadan güclənir.

Son illərdə kafedrada 4 monoqrafiya, 9 dərs vəsaiti, 19 fənn proqramı, 9 metodik vəsait çap edilmişdir. Kafedranın əməkdaşları tədqiqatları xaricdə, xüsusilə Rusiya və Ukraynanın Moskva, Sankt-Peterburq, Çita, Ufa, Kursk, Kiyev şəhərlərində çap edirlər.

Kafedranın müəllimlərindən dosent Vüqar Zifər oğlu Əliyev, dosent Pərvanə Yəhya qızı İbrahimova, dosent Təranə Ələddin qızı Mahmudova Beynəlxalq jurnalistikanın ayrı-ayrı sahələrinə dair maraqlı araşdırmaların müəllifləridir.

Arzu Sahib qızı Məmmədova Rus mərkəzinin müdiridir.

Kafedrada elmi potensialın perspektivini təmin etmək məqsədilə yüksəkixtisaslı kadr hazırlığı prosesi də həyata keçirilir.


Kafedranin tərkibi:

  1. Nəsirova Aynur Əli qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent, kafedra müdiri
  2. Vəliyev Həmid Alı oğlu - filologiya üzrə fəlsəfə doktoru, professor
  3. Məmmədli Sabir Rza oğlu - siyasi elmlər doktoru, professor əvəzi
  4. Əliyev Vüqar Zifər oğlu - filologiya elmləri doktoru, dosent
  5. Mahmudova Təranə Ələddin qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent
  6. İbrahimova Pərvanə Yəhya qızı - siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
  7. İsgəndərova Vəfa Zahid qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi
  8. Zeynalova Aytəkin Əli qızı - siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent əvəzi
  9. Məmmədova Arzu Sahib qızı - müəllim


Tədris olunan fənlər:
Bakalavr:


Magistratura:

İxtisas: Beynəlxalq jurnalistika


Kitablar:

  • Vəliyev H. Dünya informasiya agentlikləri. Bakı, 2003
  • Əhmədli N. KİV xaricə siyasi təbliğat sistemində. Bakı, 2004
  • Mazanlı İ. Söz azadliğı və informasiya təhlükəsizliyi: milli və beynəlxalq təminat. Bakı, 2005
  • Vəliyev H. Beynəlxalq jurnalist təşkilatları. Bakı, 2005
  • Əhmədli N. Jurnalistin nitq mədəniyyəti. Bakı, 2005
  • Əliyev V. Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı. Bakı, 2006
  • Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. Bakı, 2012
  • Vəliyev H. Xarici ölkələri jurnalistikası tarixi. “ Poliqrafiya”. 640 s. 40.ç. v. (Dərslik), Bakı, 2014
  • Əhmədli N. Jurnalistin nitq mədəniyyətinin əsasları. Bakı: “Elm və təhsil”, 280 s.17,5 ç.v.( Dərslik), 2014
  • Məmmədli S. Beynəlxalq jurnalistika dünya media sistemində. Dos. Sabir Məmmədli - dərs vəsaiti, Bakı. 196 səh. 6 ç.v., 2013
  • Məmmədli S.Beynəlxalq jurnalistika: təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi. Monoqrafiya, Bakı, 284 səh. 10 ç.v., 2013
  • Mazanlı İ. Jurnalistika və müasir dövrün qlobal problemləri. Dərslik. Bakı, Bakı Universiteti nəşriyyatı. 2013
  • Mazanlı İ. Jurnalistika və müasir dövrün qlobal problemləri: Dərs vəsaiti. Bakı, Bakı Universiteti nəşriyyatı. 416 s., 2013
  • Mazanlı İ. KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi Bakı, 623 s. 39 ç.v., 2014
  • Vəliyev H. Dost qazanmaq və adamlara təsir göstərmək sənəti Deyl Karnergi. (Tərcümə), 312s., Bakı, “Qanun” 2014
  • Mazanlı İ. Söz azadlığı və informasiya təhlükəsizliyi: milli və beynəlxalq təminat. Terminlər və anlayışlar. Bakı, “Renessans” nəşriyyatı, 200 s., 2015
  • Vəliyev H. Şerl Sendberq Nell Skovel “Fəallıqdan qorxma”. (Tərcümə), Bakı, 2015
  • Vəliyev H., İbrahimova P., İsgəndərova V. Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı. (dərs vəsaiti). Nurlar, Bakı, 2017
  • Məmmədli S. Avropa Şurası və ATƏT-in media siyasəti. Elm və təhsil. 168 səh., Bakı, 2018
Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009