Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Beynəlxalq uşaq hüquqları və jurnalistika

Fənnin məqsədi: Uşaq hüquqları insan hüquqlarının əvəzolunmaz bir hissəsidir. Uşaqlar cəmiyyətin ən həssas təbəqələrindən biridir. Məhz bu və digər humanist amillərdən çıxış edərək Beynəlxalq Millətlər Təşkilatının Uşaq Fondu - UNİCEF-in təşəbbüsü ilə universitetlərin jurnalistika fakültələrində uşaq hüquqlarının mediada qorunması üzrə modulların hazırlanması və onun bir fənn kimi tədris edilməsinə qərar verilmişdir. Fənnin məqsədi tələbələri uşaqların hüquqlarını əldə edən  və onlara aid olan məsul xəbərlərinverilməsində konsepsiya və məlumatlarla təmin etməkdir.

Fənnin əhəmiyyəti: Medianın cəmiyyətə təsir gücünü nəzərə alaraq bu kursun jurnalistika fakültəsində tədris olunması gələcəkdə həm ənənəvi, həm də yeni mediada uşaq hüquqlarının qorunmasının prioritet məsələyə çevrilməsində, eləcə də uşaq jurnalistikasının inkişafında əhəmiyyətli rol oynaya bilər.

Qiymətləndirmə :əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009