1952-ci ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfat İnstitutunun İqtisadiyyat fakültəsini bitirmişdir. “Azərbaycanfilm” kinostudiyasında iqtisadçı, bədii filmlər üzrə direktor olmuşdur. 1982-ci ildə Ümumrusiya Teatr Akademiyasının Dram Sənəti fakültəsini, 1984-cü ildə 2 illik Ali Rejissorluq və ssenari kurslarını bitirmiş, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun dissertantı olmuşdur. 1992-ci ildə “Ekran dramaturgiyasının informasiya gerçəkliyi” adlı namizədlik, 2004-cü ildə “Ekran dramaturgiyasında mövzu, struktur, janr problemləri” adlı doktorluq dissertasiyaları müdafiə etmişdir. 60-da çox müxtəlif janrlı filmin ssenari müəllifi və rejissorudur. Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatıdır. AMEA-nın Tarix, Fəlsəfə və Hüquq, Memarlıq və İncəsənət, Ədəbiyyat, Arxeologiya və Sosiologiya İnstitutlarının Elmi Şurasının qərarları ilə monoqrafiyaları, Təhsil Nazirliyinin qrifi ilə dərslikləri, 4 nəsr kitabı çap olunmuşdur. 1989-cu ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışır. Radio və televiziya kafedrasının professorudur. BDU-nun nəzdində fəaliyyət göstərən filologiya üzrə ixtisaslaşmış Dissertasiya Şurasının üzvüdür. 2017-ci ilin mart ayında vəfat etmişdir.