Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Ekran dramaturgiyası

Fənnin məqsədi: Ekran dramaturgiyasının nəzəri müddəaları sistemli şəkildə öyrənilir. Ekran dramaturgiyasının təməl prinsipi saylan mövzu-problem əlaqələri, strukturun tərkib hissəsini yaradan ideya, süjet-fabula əlaqələri, personaj, tipaj, obraz, xarakter fərqlərinin araşdırılması, epizod həlli, fərdi, peşəkar, ictimai üslub, cərəyanlar, janr-format təsnifatının əsas prinsipləri öyrənilir.

Fənnin əhəmiyyəti: Ekran sənətinin ədəbi modeli sayılan ssenarinin hazırlanmasında müstəsna əhəmiyyət daşıyan biliklərin sistemli şəkildə öyrənilməsidir. Televiziyanın bütün funksiyalarında menecmentin sası sayılan planlama və təhlilin həyata keçirilməsində vacib olan peşəkarlığın göstəricisi sayılan ssenarinin yazılması vərdişinin tələbələrə aşılanmasıdır.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009