1 iyul 1942-ci ildə anadan olub. 1966-1971-ci illərdə BDU-nun Jurnalistika fakültəsində oxuyub. 1971-1975-ci illərdə Azərbaycan Televiziyasında redaktor işləyib. 1975-ci ildən indiyədək Jurnalistika fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 1981-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 2011-ci ildə professor elmi adı almışdır. Hazırda Beynəlxalq jurnalistika kafedrasının professorudur. Elmi fəaliyyəti beynəlxalq jurnalistika, radio-televiziya jurnalistikası və jurnalistin nitq mədəniyyəti ilə bağlıdır. 100-ə qədər elmi məqalənin, 12 kitabın, çoxlu publisistik yazının müəllifidir. Rəhbərliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilmiş, 7 elmlər namizədi hazırlanmışdır. “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. Fakültə Elmi Şurasının elmi katibidir.