Fənnin məqsədi: Azərbaycan jurnalistikası tarixinin milli inkişaf xüsusiyyətlərini aydınlaşdırmaq, müxtəlif istiqamətli mətbuat orqanları, ayrı-ayrı yaradıcı şəxsiyyət, fakt və hadisələri müasir tələblər mövqedən qiymətləndirməkdir.
Fənnin vəzifəsi: Sovet hakimiyyəti illərində totalitar rejimin senzura qadağaları və marksist-leninçi metodologiyanın tələbləri ilə üzləşən elmi tədqiqatların, habelə milli düşüncə dövriyyəsindən çıxarılan həqiqətlərin, o cümlədən çoxsaylı mətbuat orqanlarının və yaradıcı jurnalistlərin irsinin yenidən elmi-təhlil və düşüncə dövriyyəsinə gətirilməsidir. Qadağan olunan mətbu və publisistik irsin bərpası, yenidən nəşri, tədqiq və təhlili prinsiplərini şərh etmək də kursun vəzifələrindəndir.
Fənnin əhəmiyyəti: Azərbaycan jurnalistikası tarixinnn inkişaf mərhələlərini obyektiv şəkildə işıqlandırmaqdan, tarixi yaddaşın bütöv mənzərəsini yaratmaqdan, jurnalistikaya dair elmi-nəzəri fikirdə irs-varislik əlaqələrini qorumaqdan ibarətdir.
Qiymətləndirmə: əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.