Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika və beynəlxalq humanitar hüquq

Fənnin məqsədi: Tələbələrdə BHH, silahlı münaqişə, mülki əhalinin müdafiəsi və jurnalistin təhlükəsizliyi haqqında təsəvvür və biliyin formalaşmasına şərait yaradır. Bu kursda jurnalistin beynəlxalq humanitar hüquqa aid bütün konvensiyaları, digər beynəlxalq sənədləri və öz ölkəsinin bu konvensiyalara qoşularaq üzərinə götürdüyü öhdəlikləri mənimsəməsi, təhlükəsizlik termini altında isə təkcə jurnalistin münaqişə situasiyalarından qaçmaq bacarığı deyil, həm də özünü düzgün müdafiə etmək qabiliyyəti nəzərdə tutulur. Kursda həmçinin jurnalistin problemlə bağlı gündəlik fəaliyyətində rastlaşdığı  qanunvericilik bazasının, qanunlara edilən dəyişiklik və əlavələrin öyrənilməsinə xüsusi diqqət yetirilir.

Fənnin əhəmiyyəti: Uzun illər boyunca silahlı münaqişə zonalarında işləyən jurnalistlərin təcrübəsinin öyrənilməsi və ümumiləşdirilərək tədris edilməsi, əlbəttə bütün situasiyaları əhatə etməsə də, gələcək jurnalistlərin sözügedən sahədə bilik və bacarıqlarının artırılması üçün faydalıdır. Gələcək jurnalistlərə  BHH, onunla bağlı Cenevrə və Haaqa konvensiyaları və onlara əlavə protokollarla, milli qanunvericilik bazası ilə tanış edir, b) tələbələrin auditoriyadankənar vasitələrlə müstəqil peşəkar fəaliyyətə hazırlığına təsir göstərir, c) informasiyanı əldə etmək texnikası ilə tanış edəcək və onlarda bu vərdişləri möhkəmləndirir, ç) güc və hakimiyyət orqanları ilə əməkdaşlığın yollarını müəyyən edir.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009