Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika və müasir dövrün qlobal problemləri

Fənnin məqsədi: KİV-in qlobal dünya konsepsiyasının  işıqlandırılmasında özünəməxsusluğu - ümumi və fərqli cəhətləri mövcuddur. Bu problemlərə aid olan materiallara xususi tələblər qoyulur, jurnalistin bəhs etdiyi problemə bələdliliyi zərurəti, şərhlərin və təhlillərin elmiliyi, sadəliyi, oxucu auditoriyasını nəzərə alması və s. şərtlərin araşdırılması, tələbələr tərəfindən mənimsənilməsi bu kursun başlıca vəzifələrindəndir. Həmçinin, tələbələr kurs boyu qlobal problemlərin KİV-də işıqlandırılmasının forma və metodları ilə, KİV-in bu mövzularda  çıxışlarının tematik, janr və sənətkarlıq xüsusiyyətləri ilə tanış olurlar. Kurs öyrənilərkən, həmçinin Azərbaycan gerçəkliyinin aktual problemləri (siyasi, iqtisadi, sosial,   mənəvi sahələrdə baş vermiş transformasiyalarla şərtlənən), eyni zamanda dəyərlər sistemindəki dəyişikliklər də nəzərdən keçirilir. Tələbələr beynəlxalq və yerli tədqiqat mərkəzlərinin araşdırmaları və müasir sosial proseslərin monitorinqlərinin nəticələri  ilə bağlı məlumat əldə edirlər.

Tələbələr zamanın çağırışına adekvat cavabların tapılmasında jurnalistikanın qarşısında duran konkret vəzifələrlə,  qlobal problemlərin həllində jurnalistikanın iştirakının əsas istiqamətləri ilə tanış olurlar. Həmçinin QP-lərin həllində KİV-in səmərəli fəliyyətini təmin edən faktorlar (söz azadlığı, jurnalistin peşə mövqeyi,  kompetentlii və s.) nəzərdən keçiriliр.

Fənnin əhəmiyyəti: Gələcək jurnalistlər QP-lərin dərk olunmasında, öyrənilməsində və həllində a) jurnalistikanın vəzifələri və KİV-in real praktikası, b) ictimai inkişaf sahəsində mövcud olan QP-lərin (geosiyasi, etnik, dini konfliktlər, iqtisadi kataklizmlər, ekoloji fəlakətlər və s.) aradan qaldırlmasında KİV-in pozitiv iştirakı təcrübəsi, c) KİV-in fəaliyyətində cəmiyyətdə qeyri-sabitlik yaradan prsoselərin dərinləşməsinə və mənəvi dəyərlərin parçalanmasına şərait yaradan neqativ ənənələr  (müəyyən sosial qüvvələrin mənafeyi naminə real hadisələrin qeyri-obyektiv işıqlandırılması, cəmiyyət üçün həyti əhəmiyyətli informasiyaların gizlədilməsi,  qəsdən dezinformasiya və s.), ç) KİV-də müasir dövrün QP-lərinin adekvat işıqlandırılmasına və onların həllində KİV-in əməli iştirakına imkan yaradan amillər – jurnalist məsuliyyəti və səriştəliliyi məsələlərini daim diqqət mərkəzində saxlayır.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009