Fənnin məqsədi: Jurnalistikanın öyrənilməsində keçdiyi tarixi mərhələləri, faktları, hadisələri bilmək xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan jurnalistika elminin inkişafını izləmək, onun əldə etdiyi nailiyyətləri bir daha sərf-nəzər etmək mühüm əhəmiyyət kəsb edir. Tələbə jurnalistika elminin keçdiyi mərhələləri öyrənməklə qarşıda hansı problemlərin durduğunu, həlli vacib olan məsələlərin zəruriliyini bir daha dərk edir və gələcək elmi yaradıcılığında onlara xüsusi diqqət ayırmağa səy göstərir.
Fənnin əhəmiyyəti: Fənnin tədrisi zamanı əldə olunan biliklər magistranta daha məqsədəuyğun fəaliyyət göstərməyə və tədqiqat işini dövrün tələbləri səviyyəsində qurmağa imkan yaradır. Nəticədə əldə olunan nailiyyətlər nəinki bu günkü elmin inkişafını təmin edir, hətta gələcək araşdırmaların da yüksək elmi səviyyədə aparılmasına zəmin hazırlayır.
Qiymətləndirmə: əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.