Fənnin məqsədi: Tələbələri jurnalistikanın ictimai həyatdakı rolu ilə tanış etmək;
Vətəndaş cəmiyyəti quruculuğunda jurnalistikanın yeri və vəzifəsini tələbələrə başa salmaq;
Mətbuatın meydana gəlməsi və fəaliyyətinin qanunauyğunluqlarını izah etmək;
Mətbuat sahəsində əldə olunan tarixi təcrübənin əhəmiyyətini yada salmaq;
Mətbuat nəzəriyyəsi ilə jurnalist yaradıcılığı təcrübəsinin vəhdətinin əhəmiyyətini başa salmaq;
Müasir jurnalistikanın milli zəminə və bəşəri dəyərlərə əsaslanan demokratik jurnalistikanın yeni şəraitdə davamı və inkişafını tələbələrə aşılamaq;
Mətbuatın funksiya və prinsipləri, peşə etikası, mətbuat nəzəriyyələri ilə tələbələri tanış etmək;
Mətbuat və söz azadlığının cəmiyyətin inkişafındakı rolunu açmaq;
Tələbələri Azərbaycanda KİV-in inkişafına dövlət dəstəyinin əhəmiyyəti ilə tanış etmək.
Əhəmiyyəti: Dünya və Azərbaycan jurnalistikasının demokratik ənənələrinin öyrənilməsi, müasir şəraitdə yeni jurnalistikaya keçiddə tələbələrin gələcək peşə fəaliyyətinə kömək edir.
Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.