JURNALİSTİKA FAKÜLTƏSİNİN ELMİ ŞURASI
Fakültə elmi şurası fakültə haqqında əsasnaməni qəbul edir və onda dəyişikliklər aparır. Fakültənin strukturunu təsdiq edir. Gizli səsvermə yolu ilə fakültə dekanını seçir. Dekanın illik hesabatını dinləyir və onun fəaliyyətini qiymətləndirir. Kafedraların illik elmi-tədqiqat hesabatını müzakirə və təsdiq edir. Fakültənin tədris və elmi fəaliyyətini, beynəlxalq əlaqələrini və digər fəaliyyətini idarə edir.
Kadr məsələlərinə baxır, müsabiqə əsasında elmi pedaqoji vəzifələrə namizədlərin seçilməsini həyata keçirir. Professor, baş elmi işçi vəzifələrinə seçilmək üçün, eləcə də elmi adların verilməsi üçün BDU Elmi Şurasına təkliflər verir. BDU Elmi Şurasına nümayındələrini seçir.
Fakültə Elmi Şurasının üzvləri:
- dos., f.ü.e.d. Vüqar Zifər oğlu Əliyev (sədr)
- dos., f.ü.f.d. Sevinc İsrafil qızı Əliyeva (sədr müavini)
- prof., f.ü.e.d. Cahangir Əbdüləli oğlu Məmmədli (Fakültə Tədris Metodiki Şurasını sədri)
- dos., f.ü.f.d. Könül Qüdrət qızı Niftəliyeva
- prof., f.ü.e.d. Nəsir Abbas oğlu Əhmədli (elmi katib)
- prof., f.ü.e.d. Şamil Qiyas oğlu Vəliyev
- prof., f.ü.f.d. Həmid Alı oğlu Vəliyev
- prof., f.ü.e.d. Allahverdi Məhərrəm oğlu Məmmədli
- prof., f.ü.e.d. Alxan Bayram oğlu Məmmədov
- prof., f.ü.f.d. Akif Rüstəm oğlu Rüstəmov
- prof., f.ü.e.d. Qulu Məmmədqulu oğlu Məhərrəmli
- dos., f.ü.f.d. Zaur Kamal oğlu Babayev (əməkdaşların fakültə həmkarlar təşkilatının sədri)
- Tələbə elmi cəmiyyətinin sədri - Ruhiyə Balakişiyeva
- Tələbə həmkarlar təkilatının sədri - Xəyalə Sadıqzadə
- Tələbə gənclər təşkilatının sədri - Fariz Sarıyev