Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

KƏRİMOV KAZIMAĞA MÖHSÜN oğlu (1950-1992) Azərbaycanın Milli qəhrəmanı

Kazımağa Kərimov  1967-1972-ci illərdə ADU-nin Jurnalistika fakültəsində təhsil almışdır. K.M.Kərimov universitetin ictimai həyatında fəal iştirak etmiş və müntəzəm olaraq dövri mətbuatda çıxış etmişdir. Universiteti bitirdikdən sonra bir müddət «Azərbaycan məktəbi» jurnalında, sonra isə «Azərbaycan müəllimi» qəzetində çalışmışdır. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan K.M.Kərimov özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss edərək cəbhə bölgəsinə yollanmışdır. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan baş leytenant K.M.Kərimov doğma torpaqların müdafiəsinə qalxmışdır. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009