Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Radio-televiziya texnikası və verilişlərin istehsalı

Fənnin məqsədi:  Gələcək jurnalistlərə radio və televiziya texnikasının yaranması haqqında məlumat vermək, tələbələrə müasir texniki vasitələrin elektron mediada tətbiqini aşılamaqdır.

Tələbələr səsyazma avadanlıqlarını, mikrofondan istifadə qaydalarını öyrənir, kamera qarşısında danvranış vərdişlərinə,
müasir audiovizual vasitələrdən istifadə qaydalarını yiyələnirlər.

"Radio-televiziya texnikası və verilişlərin istehsalı"  fənni jurnalistika fakültəsinin əyani və qiyabi şöbələrində tədris edilir. Jurnalistika fakültəsində fəaliyyət göstərən teleradio studiyasında prakyik məşğələlərlə müşayət olunur.

Fənnin əhəmiyyəti : Səsyazmanın və videoyazının fiziki əsaslarını bilmək, müxtəlif qurğuların funksiyaları haqqında məlumat alaraq onlardan sərbəst istifadə etmək - bütün bunlar, diğər tədris olunan kurslarla yanaşı,  tələbələrin gələcəkdə praktik jurnalist kimi formalaşmasına kömək edir.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009