Əliyev Vüqar Zifər oğlu
Jurnalistika fakültəsinin dekanı
Beynəlxalq jurnalistika və informasiya siyasəti
kafedrasının dosenti,
Filologiya elmləri doktoru
iş telefonu: +(994) 12 538 42 08
e-mail: [email protected]
|
 |
QISA BİOQRAFİK MƏLUMAT
- 12 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub.
- 1985-1995-ci illərdə Osman Mirzəyev adına 190 saylı orta məktəbdə oxuyub.
- 1995-2001 -ci illərdə BDU-da beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alıb.
- 2001-ci ildən BDU-da çalışır.
- Ailəlidir, iki övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1995-1999-cu illərdə Bakı Dövlət Universiteti, beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr təhsili alıb.
- 1999-2001- ci illərdə Bakı Dövlət Universiteti, beynəlxalq jurnalistika ixtisası üzrə magistratura təhsili alıb.
- 2005-ci ildə "Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
- 2017-ci ildə "Müasir dövrdə xarici KIV-də informasiya ilə manipulyasiya və onun Azərbaycanın internet mediasına təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
- 1999-2001- ci illərdə müxtəlif mətbuat orqanlarında çalışıb.
- 2001-2004 - cü illərdə BDU jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş laborant vəzifəsində çalışıb.
- 2004-2006-ci illərdə BDU kafedrasında baş laborant vəzifəsində çalışıb.
- 2006-cı ildən BDU, Beynəlxalq jurnalistika kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.
- Tədris etdiyi fənlər: "Beynəlxalq jurnalistika", "Yeni dünya jurnalistikası" (bakalavr); "Xarici ölkələrin müasir KİV sistemi", "Müasir beynəlxalq münasibətlər və jurnalistika" (magistratura)
- 3 tədris-metodik vəsait, 1 monoqrafiya və 3 kitabın müəllifidir.
- 2003-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin təşkil etdiyi “Gənc jurnalistlərin III Ümumrespublika Müsabiqəsində” elm və təhsil nominasiyası üzrə I yeri qazanıb, fəxri fərmanla mükafatlandırılıb.
- 2010-2017-ci illərdə "Jurnalistika" Elmi-tədqiqat laboratoriyasının müdiri olub.
- Beynəlxalq jurnalist olaraq bloqqer kimi də fəaliyyət göstərir: ziferoglu.blogspot.com
- 2017-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.
- 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 22 İyul Milli mətbuat və Jurnalistika günü münasibətilə təltif edilib.
- 2018-ci ildə "Beynəlxalq media vəsiqəsi" (İnternational Press Card) alıb.
TƏDRİS ETDİYİ FƏNLƏR
- Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri
- PR texnologiyaları
TƏDQİQAT SAHƏSİ
- Beynəlxalq jurnalistikada inhisarlaşma problemi və media korporasiyalar
- Azərbaycan kütləvi informasiya vasitələrinin qlobal informasiya məkanına inteqrasiyası
- İnformasiya təhlükəsizliyi müasir dövrün əsas problemi kimi
- Azərbaycan və KİV-ə qarşı informasiya müharibəsi
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 2010, Rumıniya: "Uşaq hüquqları və jurnalistika" praktik seminar
- 2010, Lefke (Şimali Kipr Türk Cümhuriyyəti): "XXI əsrdə Türk dünyası" beynəlxalq konfransı
- 2017, Bakı: Müasir medianın yaradıcılıq prinsiplərinin milli mətbuata tətbiqi yolları. III beynəlxalq elmi-nəzəri konfrans
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
- Dörd anonim mənbə. (həmmüəlliflə), Bakı, 2003
- Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı. Monoqrafiya. Bakı, 2006
- P.K. Kokovtsev. X əsr yəhudi xəzər yazışması. (tərcümə), Bakı, 2009
- Səfəvilər. Monoqrafiya. Elm və təhsil, 240 səh., 13 ç/v., Bakı, 2015
- 17 illik mücadilə. Azərbaycanda Sovet işğalına qarşı milli müqavimət hərəkatı. (layihə rəhbəri). “QHT Nəşriyyatı”, 256 səh., 19 ç.v. Bakı, 2016
Metodik göstəriş və proqramlar
- Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri. (tədris-metodik vəsait), Elm və təhsil. 88səh., Bakı, 2014
- Beynəlxalq informasiya mübadiləsi: forma və metodları. (tədris-metodik vəsait) 99 səh . 6,2ç.v., Bakı, 2014
- Xarici ölkələrin müasir KİV sistemləri. 92 s .6,5 ç.v. ( tədris-metodik vəsait), Bakı, 2014
Məqalələr
- Qərbi Avropa dillərində türkizmlər. "Jurnalist" qəzeti, № 19, 10 iyun 2003; № 20, Bakı, 2003
- Dil və üslubda gözlənilən etik normalar. Elmi Araşdırmalar. AMEA Şərqşünaslıq İnstitutu. VII buraxılış, Bakı, 2004
- Beynəlxalq jurnalistikada peşə etikasına dair beynəlxalq sənədlər. Dil və Ədəbiyyat. № 5, Bakı, 2007
- İslam və qərb mediası. Din və Dövlət. № 6, Bakı, 2009
- Azərbaycanda informasiya təhlükəsizliyinin təminatı. Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, №1, Bakı, 2013
- Qloballaşma və qlobal informasiya məkanı. Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal, №3, Bakı, 2013.
- Qloballaşma şəraitində KİV Azərbaycan Dillər Universiteti. Elmi xəbərlər. №1, Bakı, 2015
- Ermənistanın informasiya müharibəsinin başlıca parametrləri. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №1, Bakı Slavyan Universiteti, Bakı, 2015
- Dinin yayginlaştirilmasinda çağdaş bilgi teknolojileri (Vatikan öğrneği) Niğde Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Dergisi Cilt 8, Sayı 2. 2015
- Rusiya KİV-nin Azərbaycan mediasına təsir istiqamətləri. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №2, Bakı Slavyan Universiteti, 2015
- Azərbaycan mediasi qlobal informasiya məkaninda ADPU. Elmi xəbərlər. №1, 2015
- Qərb mediasında Azərbaycanla bağlı manipulyasiya problemi və internet məkanına təsiri. Sivilizasiya. Bakı Avrasiya Universiteti. №2, 2015
- Azerbaycan'a karşı yürütülen bilgi manipulyasyonunun ve savaşının başlıca parametreleri. AKADEMİK BAKIŞ. Uluslararası Hakemli Sosyal Bilimler Dergisi. Sayı : 52, 2015
- Azərbaycan internet medyasında informasiya manipulyasiyası problemi və onun həlli yolları. Azerbeycan internet medyasında bilgi manipülasyonu problemi: neticeler ve çözüm yolları. İletişim Çalışmaları Dergisi. İstanbul Aydın Üniversitesi. 2016
- İnformasiya müharibəsində basılıca kütləvi kommunikasiya modelləri. Mass communication models in the Information War. Salmagundi Journal. Publisher Skidmore College (USA), №1, (thomson imp. fak.1.02), 2016
- Media korporasiyaların fəaliyyətində informasiya ilə manipulyasiya problemləri. Müasir medianın yaradıcılıq prinsiplərinin milli mətbuata tətbiqi yolları. III beynəlxalq elmi-nəzəri konfransın materialları. Bakı. 2017
- The problem of the information manipulation in the internet media of Azerbaijan. ISSN 0160-2764. The literary journal of the graduate students of the Department of Philology Faculty at University of California.Mester. Volume 47, no 1, 2018
- İnternet mediada reklamçılıq: formalaşması prinsipləri və başlıca meyarlar. Müasir mediada reklam və marketinq. "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyası. 209 səh., Bakı, 2018
“Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilib.B