Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Əlizadə Yalçın Mustafa oğlu (1940) Jurnalist

1940-cı ildə anadan olmuşdur. 1957-1962-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil almışdır. 1962-1971-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışmışdır. 1971-ci ildən Bakı Dövlət Universitetində çalışır. 1974-1981-ci illərdə BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib. 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və radiojurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-cu ildən 2012-ci ilə qədər Jurnalistika fakültəsinin dekanı olub. 1974-cü ildə «Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Filologiya elmləri namizədidir. 70 elmi məqalənin və 4 kitabın müəllifidir. Seçilmiş əsərləri: Qoşa qanadın uğuru, 2005, Vaxtında və yerində deyilən söz, 2005, İşıqlı ömür, 2006, Jurnalistikaya həsr edilmiş ömür, 2007, «Heydər Əliyev və mətbuat» dörd cildliyində jurnalistikaya yeni baxış, 2008, Nəsillərin həyat məktəbi, 2008, Muğanın mayakı, 1961, Yer altında işıqlar, 1972, Radiojurnalistikanın əsasları, 1991, Azərbaycan efiri - tarix və müasirlik, 2006 (prof. Q.Məhərrəmli ilə həmmüəllif).

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009