Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Mehdiyev Famil Ağalar oğlu (1934-2003) Jurnalist

25 dekabr 1934-cü ildə anadan olmuşdur. Əhmədavar kənd yeddiillik məktəbini bitirib, Ağdam pedaqoji məktəbində təhsil almışdır. 1953-1958-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilini davam etdirmişdir. 1958-ci ildə “Bakı” axşam qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlamışdır. BDU-nun Filologiya fakültəsində  aspirant (1961-1964), müəllim, baş müəllim olmuş, Jurnalistika fakültəsində Jurnalistikanın Nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən).  1974-cü ildə “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1977-ci ildə professor elmi adı almışdır.

Bədii yaradıcılığa 1951-ci ildə “Lenin yolu” adlı Ağdam rayon qəzetində çıxan ilk şeiri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dilləri­nə tərcümə edilmişdir. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. Ali məktəb tələbələri üçün “Jurnalistika məsələləri” adlı dərsliyin müəlliflərindən biridir. “Alovlu publisist Səməd Vurğun”, “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri”, “Mətbuatda publisistika”, “Bədii publisistika” kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur. Bakı şəhər Yasamal rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olmuşdur. “Oqonyok” jurnalının laureatı adına layiq görülmüşdür. SSRİ “Bilik” cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu almışdır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009