Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Mehdiyev Məmmədismayıl Əşrəf oğlu

Məhəmmədismayl Ə. Mehdiyev

Tarix elmləri namizədi

Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti       

İş telefonu: +(994) 12 538 62 09

e-mail: mexma@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

  • 1946-cı il iyul ayının 12-də Azərbaycan Respublikasının Ucar şəhərində anadan olub.
  • 1953-1964-cü illərdə istehsalat təlimi verən orta məktəbi bitirmişdir.
  • 1963-cü ildən əmək fəaliyyətinə başlamışdır.
  • 1971-ci ildə ADU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, işləmək üçün təyinatla Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə göndərilmişdir.
  • 1977-1980-ci illərdə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məqsədli aspiranturasında oxumuşdur.
  • 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, ADU-nun jurnalistika fakultəsinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasında işə başlamışdır. Hazırda həmin kafedranın dosentidir.
  • Evlidir. İki qızı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1966-1971. tələbə, jurnalistika fakultəsi, BDU.
  • 1977-1980. aspirant, jurnalistika fakültəsi, MDU.
  • 1981 - t.e.n. "Burjua millətçiliyinin ideyaca darmadağın olunmasında Azərbaycan bolşevik mətbuatının yeri( Mətbuatın tarixi təcrübəsi əsasında.1900-1917 fevral)", Jurnalistika fakültəsi, MDU.

ƏMƏK FƏALİYYƏTİ

  • 1963-1965, 6 nömrəli Dövlət Yol Ttikinti İdarəsinin 837 nöməli tikinti idarəsində gözətçi, Ucar ş.
  • 1966," Yeni söz" qəzetində korrektor, Ucar ş.
  • 1971-1977, Azərbaycan televiziyasında kiçik redaktor.
  • 1981-2008, Mətbuat tarixi və ideoloji iş metodları kafedrasında baş lobarant, müəllim, baş müəllim, dosent. BDU.
  • "Azərbaycan jurnalistika tarixi", " Xarici ölkələrin jurnalistika tarixi", " Xüsusi kurs" və s. fənnlərdən dərs deyir.
  • 1 kitabın (müştərək müəlliflə), 30-dan cox məqalənin müəllifidir.
  • SSRİ Xalq Təsərrüfatı Nəaliyyətləri Sərgisinin bürünc mükafatçısıdır ( „Yenilikçi" televiziya jurnalının hazırlanmasında iştrakına görə), 1975.

TƏDQİQAT SAHƏSİ

  • Azərbaycan jurnalistika tarixi
  • Azərbaycan mətbuatında ictimai fikrin aktual problemləri
  • Jurnalistikanın müasir problemləri

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2003 - fevral, Moskva, Rusiya, Beynalxalq konfrans "Jurnalistika 2002-ci ildə. KİV və yeni əsrin reallıqları"

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

  • 1999 - Açıq Cəmiyyət İnistitutu-Azərbaycan."Səyahət Qrantı" MDU-nun jurnalistika fakultəsində keçirilən elmi-praktik konfrasın iştirakçısı kimi

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Ən mühüm olanı nədir: jurnalistin sosial məsuliyyəti, yoxsa söz azadlığı "Jurnalistika 2002-ci ildə. KİV və yeni əsrin reallıqları" elmi konfransının materialları. Moskva, 2003
  • Azərbaycan mətbuat tarixinin inkişaf mərhələləri və müasir jurnalistika.  Azərbaycan KİV sisteminin aktual problemləri (Professor Ş. Hüseynovun 80 illik yubleyinə həsr olunmuç elmi-praktik konfransın materialları). Bakı, 2005
  • Azərbaycan jurnalistika tarixi(1832-1920).  Bakı, "Bakı Universiteti nəşriyyatı", Tədris-metodiki vəsait, 2013
  • Dövrün qlobal problemləri Ü.Hacıbəyov publisistikasında. Seçmə fənn üzrə proqram. Bakı, 2015
  • Seçmə fənn: Dövrün aktual problemləri Ü.Hacıbəyov publisistikasında. Proqram. Bakı, 2016


KİTABLAR

  • Burjua millətçiliyinin ideyaca darmadağın olunmasında bolşevik mətbuatının yeri. Moskva, (Müştərək müəlliflə). 1987
Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009