Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Məhərrəmli Qulu Məmmədqulu oğlu (1954) Jurnalist

1954-cü il noyabrın 2-də anadan olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş, 1978-ci ildə oranı bitirərək, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində müxbir kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildən 2007-ci ilə kimi Azərbaycan Televiziyasının müxtəlif redaksiyalarında redaktor, şöbə müdiri, şərhçi, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışmışdır. 2007-ci ilin oktyabrından 2012-ci ilə kimi “Xəzər” televiziyasında siyasi icmalçı, hazırda isə məsləhətçi vəzifəsində çalışır. 1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2006-cı ildə professor elmi adı almışdır. 1991-ci ildən  BDU-nun Radio və televiziya jurnalistikası kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. Elmi araşdırmaları əsasən, Jurnalistikanın ümumi nəzəriyyəsi, teleradionun tarixi və nəzəriyyəsi, o cümlədən ekran-efir dilinin linqvistik problemləri ilə bağlıdır. Yerli və xarici elmi nəşrlərdə 80-dən çox məqaləsi və 28 kitabı çap olunmuşdur. Rəhbərliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilmiş, 2 elmlər namizədi hazırlanmışdır.

Əməkdar jurnalistdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) yanında Ekspert Şurasının üzvüdür.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009