Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Məmmədli Cahangir Əbdüləli oğlu (1942) Jurnalist

1942-ci ildə anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin  Jurnalistika şöbəsinə daxil olmuş, 1968-ci ildə həmin şöbəni bitirərək, Azərbaycan Jurnalistlər İttifaqında məsləhətçi vəzifəsində işləmişdir. 1973-cü ildə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında dissertant kimi namizədlik, 2008-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə professor elmi adı almışdır. 1972-ci ildən Mətbuat tarixi kafedrasında baş laborant kimi işə başlamış, 1973-cü ildən həmin kafedrada baş müəllim, 1975-ci ildən dosent vəzifələrini tutmuşdur. 1993-cü ildən 2005-ci ilədək kafedranın müdiri olmuşdur. 2005-ci ildən jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti jurnalistikanın nəzəri problemləri ilə əlaqədardır. Yerli və xarici nəşrlərdə dərc edilmiş 500-dən çox elmi və publisistik məqalənin müəllifidir. Rəhbərliyi ilə 5 nəfər elmlər namizədi, 20-yə yaxın magistr dissertasiya işi yerinə yetirilmişdir. BDU və fakültə Elmi Şuralarının üzvü, Fakültə Tədris-Metodiki Şurasının sədridir. Filologiya fakültəsində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. BDU-nun Xəbərləri jurnalının Humanitar elmlər seriyası üzrə redaksiya heyətinin üzvüdür. 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuşdur. 2005-ci ildən Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şurasının sədridir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Azərbaycan jurnalistlərinin “Ali Media mükafatı”nın laureatı olmuşdur. “Zərdabi” adına mükafata, Şərq-Qərb Fəlsəfə Mərkəzinin mükafatlarına layiq görülmüşdür.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009