22 oktyabr 1954-cü ildə anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olmuş və 1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1972-ci ildən başlamışdır. Təyinatla Şamaxı rayon Çöl Göylər kəndində müəllim və qiyabi məktəbin müdiri vəzifələrində işləmişdir. 1982-1984-cü illərdə istehsalatdan ayrılmaqla AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə professor elmi adı almışdır. 560-dan çox elmi məqalə, 16 monoqrafiya, 8 kitab (tərtib, ön söz, lüğət və şərhlərlə) və ali məktəblər üçün 3 dərs vəsaiti, 6 tədris proqramı nəşr etdirmişdir. 2002-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyat göstərən doktorluq üzrə «Dissertasiya Şurası»nın üzvüdür. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanan çoxcildlik «Azərbaycan Ədəbiyyatı Tarixi»nin V cildinin Redaksiya Heyətinin üzvü, redaktor müavini və əsas müəlliflərindən biridir. Rəhbərliyi altında 5 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.