Mailə Muradxanova 1957-1962-ci illərdə ADU-nun Filologiya fakültəsinin jurnalistika bölməsində təhsil almışdır. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun Uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor, Ədəbi-dram verilişləri baş redaksiyasında, İncəsənət, Bədii ədəbiyyat şöbələrində müdir, Ədəbi-dram verilişləri baş redaksiyasında Baş redaktor vəzifələrində işləmiş, televiziyanın Ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor olmuşdur.
Azərbaycan Jurnalistlər Birliyi İdarə Heyətinın üzvü seçilmiş, 1990-2010-cu illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsində çalışmış, məşhur telejurnalist «Bakıfilm» kinostudiyasının baş redaktoru işləmişdir.