Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

MUSTAFAYEV ALI MUSTAFA oğlu (1952-1991) Milli qəhrəman

Alı Mustafayev 1976-1981-ci illərdə ADU-nin jurnalistika fakültəsində təhsil almışdır. Təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinə göndərilmişdir. Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. A.M.Mustafayevin lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır. Qarabağ müharibəsi zamanı qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə reportajları ilə rəğbət qazanmışdır. 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun düşmən mər­misi tərəfindən vurulması ilə şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına, «General Məhəmməd Əsədov» mükafatına layiq görülmüşdür.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009