Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

İnformasiya cəmiyyətində radio və televiziyanın yeri

Fənnin  məqsədi: İnformasiya cəmiyyəti, onun sosial aspektləri, informasiya qanunvericiliyi və təhlükəsizliyi, yeni tipli cəmiyyətdə TV və radionun yeri və funksiyaları barədə məlumat verməkdir. Fənnin vəzifəsi magistrantları informasiya cəmiyyətində TV və radionun fəaliyyətində qeydə alınan yeniliklər barədə məlumatlandırmaqdır.

Fənnin əhəmiyyəti: Bu fənnin elmi-praktik əhəmiyyəti ondadır ki, qlobal informasiya mübadiləsinin gücləndiyi bir dövrdə elektron kommunikasiya vasitələri olan TV və radionun funksiyalarınındakı yenilikləri aşkarlamağa yardım edir.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009