Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistin nitq mədəniyyəti

Fənnin məqsədi: Fənni tədris etməkdə məqsəd tələbələrə nitq və nitq mədəniyyəti anlayışıarının mahiyyətini izah etmək, jurnalist nitqinin adi nitqdən fərqlərini öyrətmək, vizual, audial və audiovizual nitqlərin özəlliklərini anlatmaqdır. Bununla yanaşı, tədris zamanı danışıq texnikasına, ünsiyyət yaratmaq bacarığına, orfoepiya qaydalarına əməl edilməsinə də xüsusi diqqət yetirilir.

Fənnin əhəmiyyəti: Tələbələr nitq mədəniyyətinə yiyələnməklə ədəbi dilin normalarını, nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliyini öyrənirlər.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009