Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Əhmədli Nəsir Abbas oğlu

Beynəlxalq jurnalistika kafedrasının professoru

Filologiya elmləri doktoru

iş telefonu: (+99412) 432 82 19

e-mail: prof-ahmedli@ mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

  • 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub.
  • 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib.
  • 1962-1965-ci illərdə hərbi xidmətdə olub.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1971-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib.
  • 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
  • 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
  • 2016-cı il Mirzə Cəlil Media Mükafatına layiq görülüb

ƏMƏK FƏALİYYƏTİ

  • Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb.
  • 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışır,
  • Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində",
  • 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin, 10 kitabın müəllifidir,
  • 1 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 1 elmlər namizədinin rəsmi opponenti olub.
  • Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlamışdır.
  • "Jurnalistin nitq mədəniyyəti” kitabına görə "Media açarı-2006” mükafatına layiq görülmüşdür.

TƏDQİQAT SAHƏSİ

  • KİV xaricə siyasi informasiya sistemində

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Moskvada, Bakıda, Almatıda, Tbilisidə konfranslarda iştirak edib.

MƏQALƏLƏR

  • Azərbaycan dilində təhrif olunmuş şəkildə işlənən əcnəbi coğrafi adların düzgün variantları. “Yeni medianın humanitar aspektləri”. H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransın materialları. Bakı, 2013
  • Jurnalistin nitq mədəniyyətinin məntiqi əsasları. Jurnalistika, № 2, 2015
  • "Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil...” Jurnalistika, № 3, 2015
  • Əməklə intellekt birləşəndə... Nazim Hüseynli. Bakı: “Zərdabi LTD” MMC, 2016
  • Jurnalist və söz yaradıcılığı. “Jurnalistika”, “Elm və təhsil”, 2016

KİTABLAR

  • Səsimiz, sorağımız (Xarici publisitikada Azərbaycan mövzusu).
  • Səslər içində (Azərbaycan radiosu ellərarası efirdə).
  • Jurnalistin vizual nitq mədəniyyəti.
  • Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə.
  • Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində.
  • Jurnalistin nitq mədəniyyəti.
  • Korifeylərin portretləri.
  • Con Milton və onun "Areopagitika" əsəri
  • Jurnalistin nitq mədəniyyətinin əsasları. Bakı: “Elm və təhsil”, 280 s.17,5 ç.v. ( Dərslik), 2014
  • Azərbaycan Beynəlxalq radiosu: tarix və müasirlik. Bakı Universiteti, 10s. (Proqram), 2014
  • Azərbaycan Beynəlxalq radiosu: tarix və müasirlik. Bakı Universiteti, 10s.(Proqram), 2014
  • Ülfət Rəhimova. Televiziya verilişlərinin formatı. (redaktor). Bakı: Mütərcim, 2016
Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009