Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

PR texnologiyası və jurnalistika (seçmə fənn)

Fənnin məqsədi: Gələcək jurnalistlərə ictimaiyyətlə əlaqələri (PR) auditoriyalarla əlverişli münasibətlərin yaranmasına yönəldilmiş idarəçilik fəaliyyəti olaraq vacib bir sahə kimi tədris etməkdir.

Pablik rileyşnz elə bir xüsusi idarəetmə formasıdır ki, təşkilatla ictimaiyyət arasında ünsiyyət, qarşılıqlı anlaşma və əməkdaşlıq yaranmasına, onların sonrakı inkişafına, çeşidli problem və vəzifələrin həllinə kömək edir, ictimai rəydən xəbərdar olmaq, ona vaxtında reaksiya vermək, ictimaiyyətin maraqlarına xidmət etmək vəzifəsini yerinə yetirmək üçün rəhbərliyə imkan yaradır, istənilən dəyişikliyə hazır olmaqda, onlardan mümkün qədər səmərəli bəhrələnməkdə rəhbərliyə yardımçı olur, əsas fəaliyyət vasitəsi kimi araşdırmalardan və açıq, etik normalara söykənən ünsiyyətdən faydalanır.

Fənnin əhəmiyyəti: Jurnalistlər bir çox hallarda eyni zamanda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi də fəaliyyət göstərirlər. Onların bu səbəbdən PR texnologiyaları və bunların mediada tətbiqi formaları barədə məlumatlı olmaları son dərəcə vacibdir.

Qiymətləndirmə :əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009