Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Qulu Qasım oğlu Xəlilov (1930-1995) Professor, əməkdar elm xadimi

1947-­1952-ci illərdə ADU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. Q.Q.Xəlilov «Vaqif pyesi və tarixi dram janrı» mövzusunda namizədlik, «Azərbaycan romanının inkişaf tarixi» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Bir müddət AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışan Q.Q.Xəlilov sonralar ADU-nun professoru kimi çalışmışdır.

Q.Q.Xəlilovun yaradıcılığında insan amili, xalqın mənafeyi hər zaman ana xətlə keçib. Onun «Yaşamaq istəyirəm», «Qocaların söhbəti», «Qulun yaman kişnədi», «Müəllimə», «Hörümçək», «Tənha palıd», «Bir də gəlmə» və digər əsərləri oxucuların stolüstü kitabına çevrilib. Sonradan istedadlı qələminin gücü ilə ərsəyə gələn «Ömrün baharı», «Atam və mən» kimi romanları, «Yaylaqda», «Qocaların söhbəti», «Umusuq» və s. hekayələri yazmışdır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009