Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

RƏŞAD MƏCİD (1964) - Yazıçı, jurnalist

Rəşad Məcid (tam adı Məcidov Rəşad Müseyib oğlu) - yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür.

Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlamış, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləmişdir. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışmışdır. 1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olmuşdur. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olmuşdur. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışmışdır. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülmüşdür. 2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilmişdir. Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.

Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə "Hələ ki vaxt var" adlı şeirlər, 2004-cü ildə "10 sentyabr" adlı hekayələr kitabı çapdan çıxmışdır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009