Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Radio jurnalistikası

Fənnin məqsədi: Kütləvi informasiya vasitələrinin aparıcı kanallarından sayılan radionu nəzəri və yaradıcılıq baxımından öyrədir. Kurs boyu radioyayımın təşəkkül və inkişafına, Azərbaycanda fəaliyyət göstərən radioların iş prinsiplərinə dair mühazirələrə də yer ayrılır.

Praktik əhəmiyyəti: Kursun sonunda tələbələr səsin təbiəti, imkanları, mənimsəmənin psixologiyasını, radio aparıcısının dil və üslub xüsusiyyətlərini, radionun ifadə vasitələrini mənimsəməklə yanaşı, praktik dərslər boyunca radionun formatına uyğun verilişlər hazırlayır və montaj edirlər. Kursda tələbələrə nəzəri biliklərlə yanaşı praktik məşğələlərin, nitqin inkişafı üçün tövsiyə edilən məşqlərin müntəzəm olaraq keçirilməsi gələcək fəaliyyətlərində onların KİV-dəki, xüsusilə də radio verilişlərindəki süniliyi, təkrarçılığı aradan qaldırmalarına yardımçı olacaq.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009