1950-1955-ci illərdə ADU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almış və fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Mətbuat, radio, televiziya bölməsinin müdiri (1965-1973), Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi (1973-1980), Dövlət Mətbuat Komitəsinin sədri (1988-1991) vəzifələrində işləmişdir. R.Mahmudov əsl qəzet və mətbuat fədaisi olmuşdur.
R.Mahmudov «Azərbaycan gəncləri» və «Azərbaycan dəmiryolçusu» qəzetlərində müxbir, «Azərnəşr»in siyasi ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışmışdır. Görkəmli jurnalist və publisist olan R.İ.Mahmudov «Kommunist» qəzetinin baş redaktoru vəzifəsində çalışarkən gənc jurnalist kadrların hazırlanmasında yaxından iştirak etmiş və publisistik yaradıcılığı ilə rəğbət qazanmışdır.