Akif Rüstəmov 1939-cu ildə anadan olmuşdur. 1964-1969-cu illərdə ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır. 1969-cu ildən Jurnalistika fakültəsində çalışır. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir, Filologiya elmləri namizədidir. 1975-1989-cu illərdə Jurnalistikanın nəzəriyyəsi və təcrübəçi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1989-1999-cu illərdə Jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999-cu ildən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir. A.Rüstəmov Jurnalistika ixtisası üzrə onlarca elmi məqalələrin, altı dərs vəsaitinin müəllifidir. Respublika Ahıl Jurnalistlər Cəmiyyətinin üzvüdür.