Kursun məqsədi: Tələbələrə radio və TV-də ana janrın – reportajın hazırlanma özəlliklərini və efirəqədərki işlərin, o sıradan komanda işinin incəliklərini öyrətmək.
Əhəmiyyəti: Kursu uğurla bitirənlər audio və video materiallar hazırlamağın yaradıcı və texnoloji xırdaliqlarını mənimsəmiş olur. Müstəqil şəkildə mövzu - problem secməyi, onu əhvalatlaşdırmağı( qəhrəman tapmağı),ssenari planı və ssenari yazmağı və nəhayət görüntü- səs - nitq kontrapunktundan yararlanmağı bacarır.
Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.
İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.
İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.