Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Seçmə fənn: Qəzetdə və nəşriyyatlarda müəlliflik hüququ

Fənnin məqsədi: Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunlarına istinadla gələcək jurnalistlərə konkret sahədə mükəmməl bilik aşılanır. Bu zaman müəlliflik hüququnun mahiyyəti, qorunma müddəti, onun obyekti olan və olmayan əsərlər, qanunun tətbiqi sahəsi, müəlliflik hüququ və əlaqəli hüququn müqayisəsi ... kimi məsələlər barəsində ətraflı məlumat verilir.  Elmi-nəzəri mülahizələr konkret və səciyyəvi faktlara istinadla tədris olunur, müəlliflik hüququnun qorunması və yaxud pozulmasına aid nümunələr gətirilir.

Əhəmiyyəti: Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunları  bilmək  gələcək jurnalistlərəin fəaliyyəti üçün əhəmiyyətlidir.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009