Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Sosial media

Fənnin məqsədi: Tələbələri sosial mediadan effektiv istifadə etməklə ictimaiyyət və idarəetmə orqanları ilə daha effektiv üsullarla əlaqələrin qurulmasına, yeni media və ənənəvi media mühitində baş verənləri müqayisəli formada təhlil etməyə hazırlamaq, tələbələrdə müxtəlif malların, xidmətlərin, fəaliyyətlərin və sosial media vasitəsilə dəstəklənməsi istiqamətində bacarıq və vərdişlər formalaşdırmaqdır.

Fənnin əhəmiyyəti: Kurs sosial mediadan effektiv istifadə sahəsində bilik, bacarıq və vərdişlərin əldə edilməsinə istiqamətlənib. Tələbələrə sosial mediadan effektiv istifadə etməklə ənənəvi KİV-in auditoriyasını necə genişləndirmək bacarıqlarını aşılayır və onları yeni media istehsalına hazırlayır. Kursda tələbələr bloq platformaları, koorporativ və qrup bloqları, sosial servislər, sosial şəbəkələr haqqında bilik və bacarıqları mənimsəyirlər. Tələbələr həmçinin sosial medianın imkanlarından istifadə etməklə ictimaiyyətlə əlaqələrin daha effektiv qurulmasını öyrənirlər. Kursda sosial media alətləri ilə sosial media strategiyasının qurulması imkanları və yolları, sosial media alətlərinin peşəkar PR-da tətbiqi məsələləri tədqiq olunur. Eyni zamanda sosial medianın problemləri araşdırılır. Kursu başa vuran tələbələr sosial mediadan daha səmərəli və effektiv istifadə etməyi bacarırlar.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009