Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

TƏDRİS TELE-RADİO STUDİYASI

Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən tədris tele-radio studiyası 1983-cü ildə televiziya verilişləri hazırlamaqla fəaliyyətə başlayıb. Studiyanın yaradılmasında əsas məqsəd tələbələri praktik işə cəlb etmək, nəzəri biliklərin işdə tətbiqinə yardımçı olmaq, yaradıcılıq vərdişlərini cilalamaqdır.

Studiyanın tərkibi:

1. Rzayev Ramin Nurəddin oğlu - studiyanın müdiri

2. Məmmədova Leyla Rəşid qızı - redaktor

3. Qurbanlı Aygün Şahmar qızı - prodüser

4. Əliyev Sənan Əli oğlu -  rejissor

5. İbrahimov Zahid Nazim oğlu - video-operator

6. Əsədzadə Sərdar Qılman oğlu - video-montajçı

7. Muxtarov Salam Hadı oğlu - fotoqraf

2000-ci ildə YUNESKO-nun dəstəyi ilə tədris tele-radio studiyası yenilənmiş, müasir tələblərə cavab verən avadanliqla təchiz edilmişdir. 2006-cı ildən studiyanın nəzdində radio bölməsi açılmışdır. Hazırda studiyada tələbələrin hazırladıqları 100-dən artıq televiziya süjeti, 120-dən artıq radio süjeti, 9 buraxılış işi, eləcə də universitetin rəsmi tədbirləri və ədəbi-bədii gecələrin lent yazıları qorunub saxlanılır. Fakültə tələbələrinin tədris studiyasında hazırladıqları işlər BDU TV You tube kanalında nümayiş etdirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009