Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Televiziya jurnalistikası

Fənnin  məqsədi: Gələcək jurnalistlərə televiziya yaradıcılığının əsaslarını öyrədir. Tələbələr televiziyanın tarixini, inkişaf mərhələlərini, nəzəriyyəsini, müasir meida sisteminə təsirini,xarici ölkələrdəki mövcud yayım tendensiyalarını öyrənməklə yanaşı, ekranın zəngin ifadə vasitələrinə, ekran dilinin özəlliklərinə, o cümlədən sözlə təsvirin qarşılıqlı əlaqə sisteminə, montaj prinsiplərinə dərindən bələd olurlar.

Əhəmiyyəti:  Kurs yalnız tarix və nəzəriyyə öyrətmir, həm də tələbələri müasir teleyaradıcılığın əsas yönləri ilə tanış edir. Bunun üçün kursun proqramina uyğun olaraq əvvəlcə TV istehsalının özəllikləri, televeriliş hazırlamağın mərhələləri, proqram çeşidləri, janrlar, reportyor və prodüser işinin əsasları, xəbər süjetləri, reportaj və digər veriliş növlərinin ərsəyə gətirilməsi qaydaları tədris olunur. Daha sonra seminar məşğələlərində tələbələr nəzəri biliklərini praktikada sınayır, fakultənin studiyasında müxtəlif süjetlər çəkir, reprtyorluq və aparıcılıq edirlər. Tələbələr bu prosesdə həm studiya, həm də studiyadankənar istehsalatın incəliklərini mənimsəyir, diskussiya proqramları, o cümlədən debatlar hazırlayır, müzakirələri videoya çəkir, montaj edir, sonra materiallara kütləvi baxışa nail olurlar.

TV jurnalistikasının tədrisinin bu formada təşkili tələbələrə həm televiziya ilə bağlı nəzəri biliklərə yiyələnməyə, həm də onlara müəyyən praktik vərdişlər əldə etməyə imkan verir.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009