Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Tələbə həyatı

Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı

Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı  Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkib hissəsi kimi   bakalavr, magistr və doktorant kollektivini özündə birləşdirən, dövlət qeydiyatından keçmiş  ictimai tələbə təşkilatıdir. Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı öz təşkilati fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdur: fikirlərin ümumiliyi və hüquqların bərabərliyi; təşkilatın hər bir üzvünün fikirinə hörmət; ilk təşkilatların özünüidarəetmədə müstəqilliyi və s. Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı eyni zamanda fakültənin  idarə olunmasında yaxından iştirak edir. Belə ki, təşkilatın sədri  Fakültə Elmi Şurasının tam hüquqlu üzvüdür. Fakültədə  tələbələrlə bağlı bütün məsələlərdə təşkilatın   rəyi   nəzərə alınır. Qeyd edək ki, bunula əlaqədar hörmətli rektorumuz akademik Abel Məhərrəmovun xüsusi əmri də vardır.

Tələbə Həmkarlar Təşkilatına   qəbul olmaq çox sadədir. Təşkilatın əsasnaməsini qəbul edən BDU-nun hər bir tələbəsi BDU ATHİK-nin üzvü ola bilər. Təşkilatın üzvü aşağıdakı hüquqlara malikdir: təşkilatın rəhbər orqanlarını seçmək və seçilmək; təşkilatın fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək; təşkilatın müdafiəsindən istifadə etmək; təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək; təşkilata üzlüyünü dayandırmaq və təşkilatdan çıxmaq. Təşkilatın üzvləri əsəsnamənin müddəalarına əməl etməyə və rəhbər orqanların qərarlarını yerinə yetirməyə borcludurlar. Əks təqdirdə, onlar idarə heyəti və ya yerli təşkilatlar tərəfindın təşkilata üzvlükdən azad oluna bilərlər.

Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı  imtahan sessiyalarının gedişində yaxından iştirak edir.

Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatının ən mühüm fəaliyyəti odur ki, gündəlik qayğılarına qapalıb qalan istedadlı tələbəni gündəmə gətirir, onu ictimai fəaliyyətə cəlb edir. Həmin tələbəni mühüm elmi-ictimai bacarıq vərdişlərinə yiyələndirən təşkilat onu universitetin ən ali müstəvisinə qədər aktuallaşdırır.

Təşkilat tələbələrin sosial məsələləri ilə yaxından məşğul olmaqla bərabər, həm də onların asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif elmi, ədəbi – bədii tədbirlər təşkil edir.
Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı tələbələr arasında əməkdaşlıq ruhunun bərqərar olması , sosial ədalət prinsipinə əməl edilməsi, tələbələrin hüquqlarının qorunması, müəllimlərlə tələbələr arasında münasibətlərin tənzimlənməsi və s. istiqamətlərdə də işlər görür.

Jurnalistika fakültəsi Tələbə Gənclər Təşkilatı

Jurnalistika fakültəsi Tələbə Gənclər Təşkilatı  BDU Tələbə Gənclər Təşkilatının özəyi kimi  fəaliyyət göstərir.

Jurnalistika fakültəsi Tələbə Gənclər Təşkilatı ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai həyatda fəal iştirakını təmin edir. 
Təşkilatın əsas məqsədli  ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, fakültənin  ictimai, mədəni həyatında onların fəal iştirakını təmin etməkdir.

Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

- tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması;

- tələbələr arasında maarifləndirmə işinin aparılması;

- tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

- tələbələrin hüquqlarının təmin edilməsi;

- respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin inkişafının təmin edilməsi;

- tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;

- tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskusiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi.

 

 

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009