Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

TV-də xəbər proqramları

Fənnin məqsədi: Bu fənn bütövlükdə jurnalistika sisteminin aparıcı qollarından biri olan televiziya yaradıcılığını tələbələrə öyrətmək məqsədi ilə tədris olunur. Jurnalistikanın bir qolu kimi TV-nin özəlliyini, onun ifadə vasitələrini, gerçəkliyi ifadə etmə xüsusiyyətlərini, ekran yaradıcılığının qayda, prinsip və mərhələlərini, teleistehsalatın özəlliyini anlatmaq kursun əsas məqsədidir.

Fənnin əhəmiyyəti: . TV jurnalistikasının əsasını öyrənməklə tələbələr söz və görüntünün qarşılıqlı əlaqəsini, təsvirin özəl xüsusiyyətlərini öyrənəcək, görüntü əsasında süjetlər hazırlayacaq, kadrarxası mətn yaza biləcəklər. Eyni zamanda bu kursu keçən tələbələr kamera ilə işləmək, qısa xəbər süjetləri hazırlamaq, montaj prosesində söz və görüntünün sintezinin nəticəsi olan yeni məna yaratmaq vərdişinə yiyələnəcəklər. Kurs cəmiyyəti məlumatlandırma işində televiziyanın rolu, ictimai yayımın özəllikləri, yayım standartları haqqında tələbələrin təsəvvürlərini genişləndirəcəkdir.

Qiymətləndirmə : Əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009