15 iyul 1939-cu ildə anadan olmuşdur. BDU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsini, Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbinin Jurnalistika fakültəsini bitirmişdir. Tbilisidə “Sovet Gürcüstanı” qəzetində korrektor, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışmış, Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan “Yurd” jurnalının Azərbaycan buraxılışına rəhbərlik etmiş, “El qəzeti”nin, “Mübarizə”və “Şəfqət” qəzetlərinin, “Borçalı”jurnalının baş redaktoru olmuşdur. 1992-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2004-cü ilin dekabrından BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri vəzifəsində çalışır. 2011-ci ilin iyul ayından BDU-nun professorudur. Rəhbərliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilmişdir. Jurnalistika fakültəsinin elmi şurasının üzvüdür. Gürcüstan SSR-in Əməkdar jurnalisti, Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi”dir. “Əməkdə fərqlənməyə görə” və “Tərəqqi” medallarına, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına və digər dövlət mükafatlarına layiq görülmüşdür. 400-ə yaxın elmi və elmi-publisistik məqalənin, bir neçə dərslik, dərs vəsaiti və kitabın müəllifidir. Elmi əsərləri Türkiyədə, Moskvada,Tbilisidə, Kiyevdə, Alma-Atıda, Daşkənddə və digər yerlərdə çap olunmuşdur.