Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri

Fənnin məqsədi: Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika ixtisası üzrə magistrlərini xaricdə fəaliyyət göstərən müxbir məntəqələrinin iş xüsusiyyətləri ilə tanış etməkdir. Fənnin tədrisi zamanı xaricdə müxbir məntəqələrinin hansı beynəlxalq və yerli qanunlar əsasında fəaliyyət göstərdikləri, müxbir məntəqələrinin fəaliyyətinin səciyyəvi xüsusiyyətləri. xaricdə işləyən jurnalistin yaradıcı və təmsilçi fəaliyyəti, onun psixoloji özəllikləri, xaricdə müxbir fəaliyyətinin etik normaları, beynəlxalq mövzuda yazan jurnalistin iş forma və metodları, xüsusi müxbir fəaliyyəti barədə məlumat verilir.

Fənnin əhəmiyyəti: Beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alan magistr gələcəkdə peşə fəaliyyəti zamanı xaricdə ezamiyyətdə olarkən və ya hansısa media qurumunu xaricdə təmsil edərkən bu biliklərdən istifadə edə bilər.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009