Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Xarici ölkələrin jurnalistika tarixi

Fənnin məqsədi: Faktiki materiallar və nəzəri əsərlər əsasında tələbələrdə  dünyanın müxtəlif ölkələrində кeçmişin mədəni irsində mətbuatın əhəmiyyəti, ideya- siyasi və ədəbi mubarizədə onun rolu barəsində fikir formalaşdırmaqdır. Kurs mətbuatın yaranmasıvə inkişafı tarixini lap qədimdən XX əsrin axırlarınadək izləmək, inkişafın qanunauyğunluqlarını göstərmək, qədim Yunanıstan və Romadan tutmuş Almaniyanın, İngiltərənin,Fransanın, İtalyanın, İspaniyanın, Portuqaliyanın, Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Türkiyənin, Çinin,Hindistanın,Yaponiyanın ən mühüm dövrü nəşrlərinin istiqamət və nəzmununu işıqlandörmaq yolu ilə тələbələri qəzet jurnalların inkişaf dinamikası ilə, dünya mətbuatının ən görkəmli publisist və jurnalistlərinin əsərləri və onların sənətkarlıq xüsusiyyətləri ilə tanış edir. Mühazirələrdə Asiya və Afrikanın ərəb ölkələrinin jurnalistika  tarixi  də əks etdirilir.

Kursda müqayisəli kontekstdə müxtəlif ölkələrin siyasi,ideolojı,istehsalat-iqtisadi,sosial və tipolojı aspektlər nəzərdən keçirilir.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009