Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Xarici ölkələrin müasir KİV sistemi

Fənnin məqsədi: Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika ixtisası üzrə magistrlərinə xarici ölkələrin müasir kütləvi informasiya vasitələri sistemi barədə dolğun məlumat vermək və onların müqayisəli təhlilini aparmaqla yanaşı, inkişaf istiqamətlərini göstərməkdir.

Fənnin əhəmiyyəti: Fənnin tədrisinin əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alan magistr, xarici ölkələrin, xüsusən də qabaqcıl ölkələrin müasir media sistemi barədə məlumatlı olmalıdır. Bu xarici təcrübənin ölkə mediasında da tətbiq edilməsinə təkan verə bilər.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009