Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Yeni dünya jurnalistikası

Kursun qısa təsviri: Tədris kursu müasir dünya jurnalistikasının inkişaf meyllərini əhatə edir. Medianın inkişafına beynəlxalq dövlətlərarası təşkilatların (BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı) fəaliyyəti və onların qəbul etdikləri sənədlər ciddi şəkildə təsir edir. Müasir demokratik ölkələr KİV-in inkişafı sahəsində böyük təcrübə toplamışlar. Bu təcrübənin öyrənilməsi və mənimsənilməsi tədris olunan fənnin əsas mövzuların byük hissəsini təşkil edir.

Kursun məqsədi: Beynəlxalq təşkilatların KİV-in inkişafı sahəsində fəaliyyətlərini tələbələrə açıqlamaq və mənimsətmək. İnkişaf etmiş Avropa ölkələrinin media sahəsindəki təcrübəsini hərtərəfli araşdırmaq, təhlil etmək və lazımi elmi-nəzəri çıxarışlar irəli sürmək. Bu təcrübə həm hüquqi-nəzəri, həm də elmi-praktiki məsələləri əhatə edir.

Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.              
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal  - mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.

İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - "Əla" - 91-100
B - "Çox yaxşı" - 81-90 
C- "Yaxşı"- 71-80
D - "Kafi" - 61-70
E - "Qənaətbəxş" - 51-60
F - "Qeyri-kafi" - 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009